Ermənilərdən UEFA-ya «Qarabağ» şikayəti: KLUBUN ADI DƏYİŞDİRİLSİN
Erməni diasporu federasiyaya kütləvi şəkildə məktublar göndərir, tələbləri yerinə yetirilməsə etiraz aksiyalarına başlayacaqlar
«Qarabağ»-«İnter» oyununda hakimin ədalətsiz qərarı ilə bağlı UEFA rəhbərliyinə klub rəsmiləri şikayət ünvanlayıblar. Ağdam klubunun vəkili fevralda bununla bağlı məhkəmə keçiriləcəyini bildirib. Onun sözlərinə görə, əsas tələbləri oyunun başa çatmamış hissəsinin əsasdandırılması və qarşılaşmanın yenidən keçirilməsinə nail olmaqdır.
Savash.org JAM.AZ-a istinadən xəbər verir ki, «Qarabağ» klubunun Avropa Liqasında az da olsa oyunu davam etdirə bilmə şansından duyuq düşən erməni diasporu da hərəkətə keçib. Erməni mətbuatının yaydığı məlumata görə, Avropada yaşayan diaspor nümayəndələri UEFA-ya «Qarabağ»-«İnter» oyunu ilə bağlı məktublar yollamağa başlayıblar. Bu məktublarda hakimin ədalətli qərar verməsindən tutmuş, Azərbaycana klubun adını dəyişdirmək üçün təzyiqin edilməsinədək bir sıra tələblər yer alıb. Erməni diasporunun iddiasına görə, Dağlıq Qarabağ «müstəqil dövlət»dir və onun adından «sui-istifadə» olunur.
Erməni həyasızlığı bununla da bitməyib. Onlar bəyan ediblər ki, əgər tələbləri yerinə yetirilməsə UEFA-nın qərargahı önündə fasiləsiz aksiyalara başlayacaqlar.