Manşet-2

Qışqıraraq yanan sürücünü heç kəs xilas edə bilmədi – VİDEO

Qışqıraraq yanan sürücünü heç kəs xilas edə bilmədi - VİDEOÜrəyi zəif olanlar görüntüləri izləməsinlər

Bu dəhşətli qəza Rusiyanın İjevsk şəhərində yaşanıb.

Belə ki, 9 avtomobil bir-biri ilə toqquşub. Hadisə sentyabr ayında baş versə də, bu barədə Rusiya mətbuatı yenidən həyəcan təbili çalıb. Çünki, qəza zamanı baş verən hadisələr elə Azərbaycan sürücülərini də düşündürməlidir.
Belə ki, avtomobillərdən birində sürücü yoldan keçənlərin gözü qarşısında diri-diri yanıb. O, nalə çəkir, yardım istəyir. Lakin ona heç cür kömək etimək mümkün olmur. 26 yaşlı gənc faciəvi şəkildə yanaraq ölür. Səbəb isə çox sadədir: ondan çox adamın gətirdiyi yanğınsöndürmə balonlarından sadəcə bir-ikisi işləyir. Daha sonra isə maşını çəkib digər maşından aralamaq üçün \”tros\” tapılmır. Tapılan isə işə yaramır.
Bugun.az olaraq həmin dəhşətli videonu sizlərə təqdim edirik. Ancaq ürəyi həssas olanlara və əsəbləri zəif olanlara təkidlə kadrlara baxmamağı tövsiyə edirik. (faktxeber.com)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button