Manşet-2

Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı

Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı
Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil.
Savash.org yenicag.az-a istinadla xəbər verir ki, 8 aydır maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb. Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.
Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur. Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır. Şikayətçi məşqçilər Kəmaləddin Heydərovun bu durumdan xəbərdar olmasını, problemin aradan qaldırılmasını xahiş edirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button