Manşet-2

İbrahim Tatlısəsi əməliyyat etmiş həkimlər Elmar Vəliyev üçün Gəncəyə gətirildi

İbrahim Tatlısəsi əməliyyat etmiş həkimlər Elmar Vəliyev üçün Gəncəyə gətirildi
Məlum olduğu kimi ötən gün axşam saatlarında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və cangüdəni Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında güllələnib. Dünən yayılmış ilkin məlumatlarda cangüdəninin hadisə yerindəcə keçindiyi, icra başçısının isə ağır vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirildiyi iddia olunurdu.

Savash.org bildirir ki, sonradan yayılmış rəsmi məlumatda Elmar Vəliyevin və mühafizəçisinin sağ-salamt olduğu və xəstəxanaya yerləşdirildikləri bildirildi. Silahlı hücumu törədən Yunis Səfərov isə tutulub.

İbrahim Tatlısəsi əməliyyat etmiş həkimlər Elmar Vəliyev üçün Gəncəyə gətirildiBaş vermiş olayla bağlı rəsmi şəkildə təfərrüatlı informasiya verilmədiyindən isə mövzuyla bağlı müxtəlif şayiələr yayılır. Mövzunun ölkə gündəmi üçün əhəmiyyətini nəzərə alaraq Savash.org baş vermiş qanlı olayla bağlı özəl kanallar vasitəsilə təfərrüatları öyrənməyə çalışıb. Yaxın vaxtlarda əlimizdəki informasiyaları, hadisənin başvermə səbəbini və digər ilginc məqamları oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.

Hələliksə onu bildirək ki, Elmar Vəliyevin sağlıq durumunun olduiqca kritik olduğu bildirilir. Savash.org-a daxil olan məlumata görə, icra başçısı 2 güllə yarası alıb: Biri qarın boşluğundan, digəri isə başından. Odur ki, Elmar Vəliyevin tezliklə xəstəxananı tərk edəcəyini gözləmək sadəlöhvlük olardı.

İbrahim Tatlısəsi əməliyyat etmiş həkimlər Elmar Vəliyev üçün Gəncəyə gətirildiSavash.org-a daxil olan digər məlumatda isə Elmar Vəliyevi əməliyyat etmək üçün hadisədən az sonra Türkiyədən xüsusi təyyarə ilə Gəncəyə həkim briqadaslı gətirilib. Həmin həkim briqadasının 2011-ci ilin martında başından güllələnmiş məşhur türk müğənnisi İbrahim Tatlısəsi əməliyyat edən tibb personalının olduğu bildirilir.

Məsələ diqqqətimizdədir və mövzuya qayıdacağıq.

Orxan
Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button