Manşet-2

Bakıda güllələnən qardaşların qətlində sələm və reket izləri

Bakıda güllələnən qardaşların qətlində sələm və reket izləriBakıda iki qardaşın avtomobilində güllələnməsinin ilkin səbəbləri məlum olub.

Dünən Qaradağ rayonunda öldürülən 30 yaşlı Cahid və 35 yaşlı Cavid Rəhimov qardaşlarının “Toyota Land Cruiser” markalı avtomobildə güllələnməsinin qısqanclıq zəminində baş verməsi deyilsə də, onların yaşadığı Sahil qəsəbəsinin sakinləri Milli.Az-a maraqlı məlumat veriblər.

Sakinlərin sözlərindən məlum olur ki, qardaşların anası qəsəbə ərazisində məşhur sələmçi kimi tanınır. Cahid və Cavidin isə reketlik etdikləri deyilir. Cinayətin qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanov tərəfindən məhz onların “fəaliyyəti” ilə bağlı olması isə açıqlanmır.

Qaradağ Rayon Prokurorluğu iki qardaşın dünən axşam \”Vinçester\” silahı ilə qətlinin əsl səbəblərini araşdırır. Prokurorluqdan bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button