Manşet-2

Elinanın anası: “Mitinqə çıxanı tuturlar, uşaq ölüb, heç nə eləmirlər”

Elinanın anası: “Mitinqə çıxanı tuturlar, uşaq ölüb, heç nə eləmirlər”162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın ölümünə görə günahlandırılan direktor Sevinc Abbasovaya 2 il 2 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaqla gəzəcək) mərhum məktəblinin ailəsinin etirazına səbəb olub.

Elinanın yaxınları məhkəmənin ədalətsiz hökm çıxardığını deyir.

Savash.org xəbər verir ki, Elinanın anası Sevil Hüseynova bu iş prezidentin nəzarətində olduğuna görə belə ədalətsiz nəticə gözləmədiklərini bildirib: “Prezidentin nəzarətində olan işə belə yanaşırlarsa, görün indi başqa işlərdə adamların başına nə oyun açırlar. Mənim uşağım qara torpağın altındadır, bu isə gedib rahat şəkildə öz uşaqlarıyla oturur, deyib-gülür. Budur ədalət? Belə ədaləti lənətə gəlsin! Hardadı dövlət? Belə çıxır ki, kasıbın uşağını əzmək, öldürmək olar və buna görə heç kimi də cəzalandırmayacaqlar. Mitinqə çıxanı, bir kəlmə söz deyəni tutub aparırlar, həbsdə saxlayırlar. Uşaq ölüb, buna görə heç kimə heç nə eləmirlər. Heç olmasa, 2-3 il həbs verəydiniz, bəlkə mənim də içim bir az soyuyardı…”

Elinanın nənəsi Solmaz Hacıyeva da hökmə etiraz edib: “Nəticə belə olacaqdısa, istintaq, məhkəmə nəyə lazım idi? Bizi beş ay niyə süründürdünüz?”.(Bizimyol.info)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button