Manşet-2

BDU-nun yeməkxanasında qanlı olay – REKTORA YAXIN GƏNC BIÇAQLANDI

BDU-nun yeməkxanasında qanlı olay – REKTORA YAXIN GƏNC BIÇAQLANDI
Bakı Dövlət Universitetində (BDU) bıçaqlanma hadisəsi baş verib.

Savash.org-un xəbərinə görə, etibarlı mənbədən Hurriyyet.org-a daxil olan məlumata əsasən, bu qanlı olay BDU-nun yeməkxanasında baş verib.

Belə ki, yeməkxananı işlədən gənclər arasında düşən mübahisə onlardan birinin bıçaqlanması ilə nəticələnib. Gəncin ayağından yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

Mənbənin sözlərinə görə, BDU-da qalmaqal yaradan şəxslər rektor Elçin Babayevə yaxın şəxslərdir. Bildirirlir ki, E.Babayev universitetə rəhbər təyin olunduqdan sonra, yeməkxananın bütün işçilərini yeniləyib və indiki qalmaqala səbəb olan gəncləri dəvət edərək, bu sektoru onlara həvalə edib.
Mövzu ilə bağlı BDU-nun mövqeyini öyrənməyə çalışacağıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button