Manşet-2

Nazir ayı əti satan “ovçu”dan danışdı: “Cavab verməli olacaq”

Nazir ayı əti satan “ovçu”dan danışdı: “Cavab verməli olacaq”\”Azərbaycanda şəxsi evlərdə və ya iaşə obyektlərində müxtəlif heyvanların saxlanması faktları azalıb\”.

Savash.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır: \”Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür\”.

M.Babayev eyni zamanda sosial şəbəkələrdə vəhşi heyvanların saxlanılması ilə yer alan məlumatlara da münasibət bildirib: \”Qəbələdə ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq. Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə yayılmasından sonra həmin insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”. /report

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button