Manşet-2
\”Xəzər\” sahilində fırtına: Əli Həsənovun oğlu çıxarıldı, yerinə Murad Dadaşov gətirildi
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-nin direktoru vəzifəsindən azad edilib.
Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.
Savash.org bildirir ki, yerli mediada Şamxal Həsənlinin yerinə Xalq artisti, tanınmış şoumen Murad Dadaşovun təyin edilməsi haqda informasiyalar yayılıb. Bu məlumatlar hələ ki, nə təsdiq, nə təkzib olunub.