Manşet-2
Azərbaycanlı vəhhabi: \”“Papa\”, sən də gəl bura, vəziyyət əladı…\” – (Video)
Suriyada İŞİD terrorçularına qoşulan azərbaycanlı vəhhabilərin yeni videosu yayılıb.
Azadxeber.az-ın verdiyi məlumata görə, kadrlarda görünən həm lentə alan, həm də çıxış edən azərbaycanlı vəhhabilərdir.
Öz ailəsinə, xüsusilə atasına müraciət edən görüntünün baş “qəhrəman”ı vəziyyətlərinin yaxşı olduğunu, hətta xaraba qoyduqları ərazilərdə pulsuz evə sahib olduqlarını söyləyir. Terrorçu vəhhabi çıxışının sonunda “papa”sına səslənərək ondan yanlarına gəlməsinə istəyib. O bildirib ki, atası bunun üçün Elnur adlı şəxsə müraciət etməlidir.
Saytın redaksiyasına göndərilən videonu təqdim edirik.
https://www.youtube.com/watch?x-yt-cl=84924572&v=cAM_laebBww&x-yt-ts=1422411861