Manşet-2

Sabirabad səhiyyəsi can aldı: Ana və körpəsi niyə ölüb?

Sabirabad səhiyyəsi can aldı: Ana və körpəsi niyə ölüb?Son illər Azərbaycanda ana və uşaq ölümü sahəsində vəziyyət xeyli pisləşib. Əsasən də regionlarda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Bununla bağlı daha bir bəd xəbər isə Sabirabad rayonundan daxil olub. Belə ki, Saatlı rayon sakini Mərziyyə Süleymanova və onun yeni doğulmuş körpəsi dünən Sabirabad rayon xəstəxanasında dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı kifayət qədər müəmmalı məqamlar var. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, mərhumə M.Süleymanova bir neçə gün əvvəl Sabirabad rayon xəstəxanasında övlad dünyaya gətirib və evə buraxılıb. Amma evə buraxıldıqdan sonra dəfələrlə ananın vəziyyəti pisləşib və onu xəstəxanaya götürüblər. Son ana qədər xəstənin probbleminin ciddi olması və ya hər hansı bir həyati təhlükə haqda onun yaxınlarına heç nə deyilməyib. Qəfildən isə ana və uşaq elə xəstəxanadaca dünyasını dəyişib. Maraqlıdır ki, həmin vaxtadək körpənin səhhətində heç bir problem olmayıb. Xəbər redaksiyamıza günün sonunda daxil oldu və Sabirabad rayon baş həkimi Əziz Mikayılovla əlaqə saxlamağa çalışdıq. Amma baş həkim zənglərimizə cavab vermədi…

Onu da bildirək ki, Sabirabadda ana və uşaq ölümü ilə bağlı bu ilk hadisə deyil və bu haqda dəfələrlə yazmışıq. Baş verən son hadisə ilə bağlı da araşdırmalarımızı davam etdirəcəyik…

Sonda xatırladaq ki, baş vermiş olayla bağlı Savash.org-un sorğusunu cavablandıran Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov sözügedən ölüm faktını təsdiqləyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button