Manşet-2
İlham Əliyevə ilginc təklif: \”Eminə şərait yaradın ki, İsveçrə səfirliyindən çıxsın və…\”
RATİ sədri Emin Hüseynovun İsveçrə səfirliyində sığınacaq tapması haqqında mətbuatda gedən məlumatlardan sonra ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit bəyanat verib.
“Emin Hüseynov Azərbaycanda jurnalistlərin və mətbuat azadlığının yorulmaz müdafiəçisi kimi tanınır. Biz İlham Əliyevi Emin Heseynovun İsveçrə səfirliyindən təhlükəsiz çıxaraq ölkədən getməsinə dərhal şərait yaratmağa çağırırıq. Təəssüf hissilə bildiririk ki, Emin Hüseynovun təqib edilməsi Azərbaycanda insan hüquqlarının müdafiçilərinə qarşı aparılan repressiya siyasətinin tərkib hissəsidir”, – deyə bəyanatda bildirilir