Manşet-2

“Çardaq” restoranının sahibi təkzib etdi: “İcra başçısının oğlu burda döyülməyib…”

“Çardaq” restoranının sahibi təkzib etdi: “İcra başçısının oğlu burda döyülməyib...”Məlum olduğu kimi, ölkə mətbuatında İmişli rayonu icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin döyülməsi haqda xəbərlər yayılıb.

Xatırladaq ki, həmin xəbərdə iddia olunurdu ki, icra başçısının oğlu Məhəmməd Hacıyev paytaxtın “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Çardaq” restoranında qalmaqala səbəb olub. Belə ki, adıçəkilən restoranda ədəbsiz ifadələr işlədən icra başçısının oğluna qarşı fiziki güc tətbiq edilib.

Bu informasiyanın saytımızda işıqlandırılmasından sonra Savash.org-un redaksiyası ilə əlaqə yaradan “Çardaq” restoranının sahibi Elçin Hüseynov yayılmış məlumatları təkzib edərək belə bir olayın yaşanmadığını bildirib:

“Yayılmış informasiya kökündən yanlışdır və belə bir qalmaqallı məlumatda sahibi olduğum “Çardaq” restoranının adının hallanmasına təəssüflənirəm. Bəyan edirəm ki, mətbuatda yayılmış bəlli informasiyada heç bir həqiqət payı yoxdur və təhlükəsizlik kameralarının görüntüləri ilə bunu sübuta yetirə bilərəm”.

Sonda xatırladaq ki, sözügedən qalmaqallı informasiya ilə bağlı araşdırmalarımız davam edir və məsələyə qayıdacağıq.

SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button