Manşet-2

Tofiq Sadıqov və ortaqları Prezidenti aldatdı – “İlin Müəllimi” isə müflis oldu və…

Tofiq Sadıqov və ortaqları Prezidenti aldatdı – “İlin Müəllimi” isə müflis oldu və…Beyləqan rayon təhsil idarəsinin müdiri Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına alınmış saxta diplom qalmaqalı böyüyür. Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, AMİ rektoru Aqiyə Naxçıvanlının və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Tofiq Sadıqovla birgə hərəkət edərək prezident İlham Əliyevi aldadıblar.

Saxta diplom sahibi olan Abbasov Elvin Sevindik oğlu Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzalamış “2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim””müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamla qalib elan olunub. Təbii ki, bu zaman adı hallanan hər 3 məmurun prezidenti aldatması gün kimi aydın olur. Bu məlumat mətbuatda ictimailəşdikdən sonra Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində ərizə yazaraq işdən çıxdığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, Tofiq Sadıqov Elvin Abbasovdan saxta diplomun düzəldilməsi üçün 8 min manat məbləğində pul alıb. Daha sonra həmin diplomun qanuniliyini təmin etmək üçün ölkənin birinci şəxsinə saxta təqdimat verərək “ən yaxşı müəllim” adının alınması üçün Elvin Abbasovdan 6 min manat əlavə rüşvət alıb. Onun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə düzəldilməsi üçün isə 3 min manat pul alınıb.Prezidentin sərəncamı ilə “ən yaxşı müəllim” adına layiq görülən müəllimlərə verilən 5 min manat məbləğində birdəfəlik mükafat da Tofiq Sadıqov və Vaqif Abdullayev tərəfindən bölüşdürülüb. Tofiq Sadıqovun reallaşdırdığı 22 min manatlıq bu əməliyyatdan sonra Elvin Abbasovun öz ərizəsi ilə işdən çıxması bir çox mətləblərdən xəbər verir.

Mövzu ilə bağlı daha geniş yazını və saxta diplomun surətini yaxın günlərdə yayımlayacağıq.

Yazıda adları çəkilən şəxsləri dinləməyə hazırıq…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button