Manşet-2

Ağsuda icra başçısı deputata qarşı: “O daha deputat olmamalıdır…”

Ağsuda icra başçısı deputata qarşı: “O daha deputat olmamalıdır…”Adı ölkə mediasında müxtəlif qalmaqallarla bağlı hallanan Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevlə bağlı yeni məlumatlar əldə etmişik. Savash.org-un elektron ünvanına göndərilən həmin məlumatlarda icra başçısı ilə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilmiş, biznesmen Ərəstun Cavadov arasında ciddi qalmaqalın mövcudluğu iddia olunur:

“Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da son bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir. Buna səbəb isə icra başçısı Ənvər Seyidəliyevin deputat Ərəstun cavadovun onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir. İcra başçısı hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən çox ciddi bir informasiyanın yayılmasında (həmin informasiyanın təfərrüatları bizə bəllidir, sadəcə hələlik bu mövzuya qayıtmaq istəmədik-red) Ərəstun Cavadovun əli olub. Bu isə tərəflər arasında “soyuq küləklərin” əsməsinə səbəb olmaqla münasibətləri az qala düşmənçilik həddinə gətirib çıxarıb”.

Savash.org-a daxil olan məlumatda bildirilir ki, bu yaxınlarda Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq, onlardan gələn il keçiriləcək parlament seçkilərində biznesmen deputat, Mərkəzi Univermağın sahibi Ərəstun Cavadovu müdafiə etməməyi tapşırıb. İcra başçısı açıq şəkildə bildirir ki, o, hər vəchlə Ərəstun Cavadovun deputat seçilməsinə imkan verməyəcək.

Mövzuya qayıdacağıq…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button