Manşet-2

Yardımlını və icra başçısı Sevindik Hətəmovu girovuna çevirən müavin – Mahir Mirzəyev

Yardımlını və icra başçısı Sevindik Hətəmovu girovuna çevirən müavin – Mahir Mirzəyev“Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov faktiki olaraq rayonun idarəçiliyindən kənarlaşdırılıb. Bütün işləri isə Yarıdımlı rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Mahir Mirzəyev həyata keçirir” – bu saytımızın elktron ünvanına daxil olmuş şikayət məktubundandır.

Savash.org-un məsələylə bağlı apardığı jurnalist araşdırması zamanı məlum olub ki, Yardımlıda öz komandasını formalaşdırmağa nail olmuş Mahir Mirzəyev faktiki olaraq rayonun əsl sahibinə çevrilib. İcra başçısı Sevindik Hətəmovun isə onunla hesablaşmaqdan başqa çarəsi qalmayıb. Elə bu günlərdə bir sıra mətbu orqanlarda Mahir Mirzəyevin qohum və dostlarından ibarət komandasının adlı siyahısının dərc olunması da həmin iddiaları təsdiq edir. Gəlin, həmin siyahıda adları yer almış məmurlarla tanış olaq….

Elçin Mirzəyev – Yardımlı RİH başçısının müavini, eyni zamanda Mahir Mirzəyevin əmisi oğludur. Kənd təsərrüfatı sahəsinə nəzarəti həyata keçirir. Diplomunun saxta olduğu bildirilir. Qeyri qanuni yolla Yardımlınin kənd təsərrüfatı üzrə torpaqlarını zəbt edərərk Mahir Mirzəyevlə şərik əkin sahələrinə malikdir. 500 hektardan artıq torpaq sahəsi məhz Mahir Mizəyevin atasının adına sənədləşdirilib. Bundan başqa Mahir Mirzəyevin heyvandarlıq təsərrüfatları da Elçin Mirzəyevin nəzarəti altındadır.

-. Malik Abışov – Yardımlı rayon maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 20 ilə yaxındır ki, Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən Malik Abışov rayona ayrılan vəsaitlərin mənimsənilməsində Mahir Mirzəyevin “sag əli” olaraq bilinir. Konkret olaraq bütün maliyyə maxinasiyalarının Malik Abışovun kabinetində əlaqəli idarə müdirlərinin toplantısında planlaşdırıldığı və həyata keçirildiyi bildirilir.

-. Vüqar Məmmədov – Yardımlı Rayon Polis şöbəsinin rəis müavini, eyni zamanda Mahir Mirzəyevin qaynıdır. Hüquq-mühafizə orqanlarında Mahir Mirzəyevin əsas adamı hesab olunur.

-. Akif Mirzəyev – Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsində müdir müavini, eyni zamanda Mahir Mirzəyevin əmisi oğludur. Rayonda əsas narazılıqların başında gələn şəxslərdən biridir.

-. Manaf Balaşov – Yardımlı rayon təhsil şöbəsinin müdiridir. Bu şəxsin fəaliyyəti ayrıca araşdırma mövzusudur. Rayon təhsilinə ayrılan maliyyə vəsaitlərini Mahir Mirzəyevlə şərikli şəkildə mənimsədiyi qeyd olunur. Bütün tenderlər isə bir qayda olaraq Mahir Mirzəyevin şirkətlərinə verirlir. Qeyd edək ki Rayon Təhsil şəbəsinin baş mühasibi Mahir Mİrzəyevin yeznəsidir.

-. Fəxrəddin Əkbərov – Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Fəxrəddin Əkbərov da Mahir Mirzəyevin birbaşa kurasiyasında çalışır. Hər ay Mahir Mirzəyevə «aylıq» verməklə yanaşı, baş həkim rayon Səhiyyə İdarəsinə ayrılan vəsaitləri Mahir Mirzəyevlə şərikli şəkildə mənimsəyirlər və yenə də tenderləri bir qayda olaraq Mahir Mirzəyevin «10 mantlıq MMCləri» udur.

-. Rakif Səlifov – Gənclər və İdman idarəsinin müdiri. Mahir Mirzəyevin xalası oğludur. Bu sahəyə ayrılan vəsaitlərin mənimsənilmıəsi haqda da ciddi siqnallar var.

-. Əli Babayev– Keçmiş Torpaq şöbəsinin müdiri. Mahir Mirzəyevin yeznəsidir. Rayon ərazisində satılan bütün torpaqlara bu şəxs nəzarət edirdi və bütün satışların haqqını birbaşa Mahir Mirzəyevə çatdırırdı.

Bundan başqa demək olar ki, rayonun bütün idarərində Mahir Mirzəyevin qohumları baş mühasib vəzifəsində çalışırlar. Məhz həmin baş mühasiblər vasitəsi ilə Mahir Mirzəyev bütün rayona tam nəzarəti həyata keçirir.

Göründüyü kimi, yardımlı rayonunda bütün “açar vəzifələr” Mahir Mirzəyev tərəfindən qəsb olunub. Bu isə ona icra başçısı sevindik Hətəmovu özündən asılı vəziyyətə salmaq üçün lazımdır.

Mövzuya qayıdacağıq.
SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button