Manşet-2

Cəlilabadlı müəllim Baş Prokurorluğun əməkdaşlarını işlədiyi məktəbə çağırdı – ŞOK

Cəlilabadlı müəllim Baş Prokurorluğun əməkdaşlarını işlədiyi məktəbə çağırdı – ŞOKCəlilabad rayon Göytəpə 1 sayli orta məktəbin müəllimi Əkbərov Vasif Cannar oğlu maraqlı addım atıb. Belə ki, işlədiyi təhsil ocağındakı qanunsuzluqlarla bağlı təhsil naziri Mikayıl Cabbarova ünvanladığı şikayətin faydasız qaldığını görən Vasif Əkbərov bu dəfə Baş Prokurorluğun əməkdaşlarını rayona dəvət edib.

Şikayətçinin bununla bağlı Savash.org-un elektron ünvanına göndərdiyi məktubu oxucuların diqqətinə çatdırırıq:

“ Hormətli redaksiya ! Sizin vasitənizlə təhsil naziri Mikayıl Cabbarova ünvanlamış olduğum məktubdan sonra məndən alınan pulların qayıtmasını düşünməsəm də heç olmasa bundan sonra mənimlə işləri olmayacağına ümüd edirdim . Məktəbimizdə yoxlamalar aparmaq əvəzinə müəllim yoldaşlarımızdan 90 nəfərdən əleyhimə imza alaraq cəsarətlənən məktəb direktoru Reyhan Cəfərova dərs dediyimizə və jurnalı yazmağımıza baxmayaraq kobud şəkildə qanun pozğunluğuna yol verərək həmin dərsləri başqasının adına yazdı.

Hörmətli nazir! Təhsilimizdə baş verən neqativ halları poçt vasitəsilə sizə göndərib cavab almayanda düşünürük ki , yəqin məlumatınız yoxdur, əks halda ciddi tədbir görülərdi. İndi isə açıq formada sizə müraciət etməyimə baxmayaraq yenə də tədbir görülməməkdədir . Rayonda ən çox şikayət olunan məktəb bizim məktəbin olmasına baxmayarq göndərdiyiniz yoxlamalar bizim məktəbə gəlmədi.

Odur ki, bu dəfə Təhsil Nazirliyinə deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğuna açıq məktubla müraciət edir və xahiş edirəm ki, bizim məktəbimizdə ciddi yoxlamalar aparasınız”.

Hörmətlə , Əkbərov Vasif Cannar oğlu”

P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button