Manşet-2

Bələdiyyə sədri özünü Dəli Domrul elan etdi: “Bu körpü pulludur”

Bələdiyyə sədri özünü Dəli Domrul elan etdi: “Bu körpü pulludur”Azərbaycanda qeyri-adi hadisə baş verib – ilk dəfə olaraq pullu körpü peyda olub.

Savash.org virtualaz.org-a istinadən xəbər verir ki, həmin pullu körpü İsmayıllı rayonunun Aşağı Zərnava kəndində açılıb. “Açılışı” isə yerli məmurlardan biri edib.

Yerli sakinlərin sözlərinə görə, bu kənddəki körpüdən keçmək həmişə pulsuz olsa da son vaxtlar ondan istifadə etməyə görə pul ödəmək tələb olunur. Körpünün üstünə artıq mühafizəçi qoyulub. O, gəlib-gedənlərdən pul tələb edir.

Mühafizəçi körpünün niyə pullu olması barədəki suallara belə cavab verib: “Bu körpü yerli bələdiyyə sədrinin vəsaiti hesabına tikildiyi üçün pulludur. Bələdiyyə sədri körpüdən keçənlərdən pul almağı tələb edir. Qiyməti də özü qoyub”.

Özünü Dəli Domrul elan edən bələdiyyə sədrinin bir keçid üçün nə qədər haqq qoyması isə məlum deyil.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button