Manşet-2

Azərbaycan diasporu liderinə rəsmi ittiham irəli sürüldü: dələduzluq, çirkli pullar…

Azərbaycan diasporu liderinə rəsmi ittiham irəli sürüldü: dələduzluq, çirkli pullar...Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi yerli azərbaycanlı diasporu lideri İslam Hüseynova qarşı rəsmi ittiham irəli sürüb.

Virtualaz.org saytı xəbər verir ki, Hüseynov dələduzluq yolu ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsini ələ keçirməkdə və cinayətkar yollarla qazanılmış pulları leqallaşdırmaqda ittiham olunur.

Ötən həftə İslam Hüseynovun ofisində OMON-un iştirakı ilə axtarış aparılmışdı. Həmin vaxt iş adamı ofisində olmayıb və axtarışı ona qarşı təzyiqlərlə əlaqələndirib. Hüseynov iddia edir ki, bütün məsələ 2012-ci ildə ona qarşı törədilmiş və mühafizəçisinin ölümü ilə nəticələnmiş sui-qəsdin sifarişçisinin cəzalandırılmasına nail olmaq istədiyinə görədir. Hərçənd ki, Hüseynovun özünün də zəngin kriminal keçmişi var.

İstintaq İdarəsi bildirir ki, İslam Hüseynov qarşı 2014-cü ildə qaldırılmış cinayət işinin istintaqını aparır. Bu cinayət işinin materiallarına əsasən iş adamı Ulyanovskda otel tikintisi adı altında torpaq sahəsini icarəyə götürüb, lakin otel tikməyib və həmin torpağı saxta sənədlər təqdim etməklə öz mülkiyyətinə keçirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button