Manşet-2

Fərzəli Qədirovun “yoxlama tələsi”nin təfərrüatı – ŞİKAYƏT

Fərzəli Qədirovun “yoxlama tələsi”nin təfərrüatı – ŞİKAYƏTBakının Rəsulzadə qəsəbəsi 6-cı sıra, ev 32-də yaşayan Qurbanov Malik təhsil nazirinə müraciət edib.

TİA.AZ-a xəbər verir ki, 285 saylı məktəbin fəaliyyəti yoxlanılıb. Yoxlamaların yekununda M.Qurbanov işdən azad edilib. Məktub müəllifi dia.az-a göndərdiyi məktubda baş verənlərin təfsilatını yazıb: “Daxil olmuş şikayət əsasında yoxlama komissiyası yaradılıb və 6 noyabr 2013-cü ildə yoxlama aparılıb.

Böyük çəkişmə ilə Təhsil Nazirliyinə daxil olan şikayət ərizələrinin surətini əldə edəndən sonra məlum oldu ki, ərizələrin ikisini eyni gündə Bağırova Təranə Kamil qızı 30.10.2013-cü il tarixdə yazıb.
Bir ərizəni isə 08.11.2013-cü il tarixdə məktəblə heç bir əlaqəsi olmayan Bəşirova Şəhla Asif qızı yazıb.
Bir qrup işçi tərəfindən yazılan müraciətin isə yazılma tarixi yoxdur. Daxil olan ərizələrin heç biri qeydiyyata götürülməyib və kim tərəfindən icra edilməlidir – yazılmayıb. Deməli cənab nazirə təqdim edilən sənədlər saxtadır. Əslində yoxlamanı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Fərzalı Qədirov təşkil edib”.

Məktubda bildirilir: “Səbəbi isə vakant yer olmadığı halda məktəbə əlavə müəllim göndərməsinə mənim etirazım və bir neçə ildir ki, məşuqə kimi saxladığı Uşaq Birliyi Təşkilatının Rəhbəri Bağırova Təranə Kamil qızının tez-tez onun yanına getməsinə icazə verməməyim oldu.
Əmrdə əsas kimi Bakı ŞTİ-nin Həmkarlar Təşkilatının razılığını götürülüb. Yaddan çıxıb ki, mənim vəzifəm hələlik \”Dövlət Qulluqçusu\” kimi getmir. Mənə razılığı yerli, yəni üzvü olduğum təşkilat verə bilərdi.
Əvvəldə HİK-nin iştirak üzvləri Y.Şahməmmədova, A.Rəhimova, G. Kamalova və T.Xalıqverdiyeva olduqları halda protokolun sonunda imza atanlar Y.Şahməmmədova, A.Rəhimova, T.Bağırova və T.Xalıqverdiyeva olublar.
Əgər T.Bağırova komitə üzvü deyilsə onun axırda imza atması nə dərəcədə qanunidir? Bir məsələni də nəzərinizə çatdırım ki, həmin gün T.Bağırovanı Bakı ŞTİ-nin əməkdaşı Xəyyam müəllim çağırmışdı.
Dərsdən sonra da mən getdim. Bunu T.Bağırovanın imzası ilə təsdiq etdiyi izahatı sübut edir. Mən inanıram ki, bu sənədin əslini də Fərzalı Qədirov Sizə göstərməyib”.

Təhsil işçisi yazır: “Yoxlama aktı da səhv tərtib olunub. Aktda davamiyyət tabeli əsas sənəd kimi qeyd edilib və akt ona əsaslanaraq tərtib edilib. Yoxlama komissiyasının üzvləri – Rövşən Abdullayev, Elmir Həsənov və Əhliyyət Adıgözəlovun bu qərardan xəbərləri olmadığı üçün Sizi aldadıblar.
Məncə həmin dövrdə Əhliyyət Adıgözəlov eşq macərası yaşayırdı.Əmrin Fərzalı Qədirovun çirkin niyyətinə xidmət etməsinin bir səbəbi də noyabr ayında tam ayın axırına kimi işdə olduğum üçün aylıq əmək haqqı almağıma baxmayaraq 22.11.2013-cü il tarixində verilməsidir.
Dediyim bu məsələni Bakı şəhəri üzrə təhsil İdarəsinin 13.03.2014-vü il tarixli 5809 nömrəli arayışı da təsdiq edir. Həmin arayış Binəqədi rayonu Məşğulluq İdarəsindədir.
Bu qərarınız Fərzalı Qədirovu tam razı salır. Aparılan yoxlamada böyük saxtakarlığın biri də odur ki, şikayət formasında Sizə müraciət edən müəllimlər izahat veriblər ki, onlar dərs keçmədən pul alıblar. Göndərdiyiniz komissiya üzvləri də onlardan izahat alıb Sizə təqdim edib.
Yaxşı hüquqşunas bilməli idi ki, eyni adamlar necə olur həm şikayətçi olur, həm də cinayətkar olurlar. Əgər bu fakt qanunda düz idisə nə üçün dövlət büdcəsinə vurulan ziyan geri qaytarılmadı?”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button