Manşet-2

İcra başçısı 1 milyon 500 min manata villa aldı

İcra başçısı 1 milyon 500 min manata villa aldıMəlumatlı mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, bu yaxınlarda aran rayonlardan birinin icra başçısı dəyəri nə az,nə çox düz 1 milyon 500 min manata Bakıda \”Milyonerlər məhəlləsi\” kimi tanınan Teymur Əliyev küçəsində 3 mərtəbəli dəbdəbəli villa alıb.

Məlumata görə, rayon rəhbəri 1 milyon 500 min manat dəyərində olan villanı alan zaman evin alınmasında ona köməklik edən mənzil alqı-satqısı ilə məğul olan agentlik əməkdaşlarının pulunu verməkdən imtina edib. Eyni zamanda icra başçısının 1 milyon 500 min manata aldığı villanın vergisini də ödəmədiyi qeyd edilir. Maraqlı olan məqam ondan ibarətdir ki,bu icra başçısı haqqında bu günə kimi dəflərlə mənfi məlumatlar müxtəlif media orqanlarında səsləndirilsə də yazılanları görməzdən gəlib. Maraqlıdır ki, aylıq əmək haqqısı təqribən 1500 manat olan icra başçısı 1 milyon 500 min manatı necə və hansı şəkildə əldə edib. Yəqin ki, bu şəxsin kimliyini müvafiq dövlət orqanları araşdıraraq birdən-birə varlanan icra başçısının gəlir mənbələri üzə çıxarılacaq.(vətəninfo.az)

Redaksiyadan:Bu məumatla bağlı araşdırmalarımız davam edəcək.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button