Maraqlı

Yeni ildə varlanmaq istəyənlərə 10 məsləhət

Yeni ildə varlanmaq istəyənlərə 10 məsləhətRuzini verən Allahdır. Amma bəndənin də hərəkəti olmalıdır. Deyildiyi kimi, səndən hərəkət, məndən bərəkət. Bunlarla yanaşı, bəzi inanclar da var ki, bu inanclardakı məsləhətlərə əməl etməklə qarşıdan gələn Yeni ildə daha çox qazanc, pul sahibi olmaq olar. Düzdür, bunlar sadəcə inanclardır. Amma hər halda sınamaq pis olmaz.

1. Əgər 2015-ci ildə həmişə pulunuzun olmasını istəyirsinizsə bayram masasını bəzəyərkən süfrənin altına 3 ədəd sarı qəpik qoyun.

2. Yeni il gecəsi təzə paltar geyinin. Geyinəcəyiniz yeni paltarın qiymətinin baha və ucuz olması önəmli deyil. Bayram günü geyindiyiniz təzə paltar sizə yeni enerji verəcək ki, siz bu enerji ilə pul qazanmağa nail olacaqsınız.

3. Bayramöncəsi mənzilinizdə təmizlik işləri aparın. Evdə olan lazımsız, istifadəyə yarasız köhnə əşyaları atın. Bununla da siz ailənizə gələcək pul yollarını təmizləmiş olacaqsınız.

4. Bayram günü bir vərəqə yaşıl qələmlə 2015-ci ildə qazanmaq istədiyiniz pulun məbləğini yazın. Amma bir şərtlə ki, bu əfsanəvi yox, real məbləğ olsun. Həmin vərəqi hamının gözündən bir yerdə gizlədin. Arzunuz həyata keçəcək, vərəqdə yazdığınız məbləği qazanacaqsınız.

5. Bayram süfəsinə 12 adda təamlar düzün. 2015-ci ildə bu təamların hər biri hər ay üçün ailənizə ruzi gətirəcək.

6. Pul qabınızı dəyişin. Yeni ilə yeni pul qabı ilə qədəm qoyun. Bu pul qazanmaq üçün sizin qarşınızda yeni imkanlar açacaq.

7. Yeni ilin ilk günü səhər yuyunduqdan sonra üzünüzü kağız pul əskinazı ilə silin. Bu gigiyenik baxımdan düzgün olmasa da varlanmaq naminə bir dəfə etməyə dəyər.

8. Yeni ilin ilk günündə evi süpürməyin və mənzildən zibil çıxarmayın. Bu cibinizdə olan-qalan pulun da getməsinə səbəb ola bilər. Hər halda pulsuz qalmamaq naminə bir gün təmizlik işlərindən imtina etməyə dəyər.

9. Ən başlıcası təzə ilin birinci günündə ağır işlərlə məşğul olmayın. Yoxsa ilboyu qazancınız daşdan çıxacaq.

10. Bayram günü tanışlarınıza və doğmalarınıza kiçik də olsa rəmzi olaraq hədiyyələr verin. Bunun əvəzini ilboyu artıqlaması ilə alacaqsınız.

Tanrı hər birinizə yeni 2015-ci ildə bol-bol ruzi və qazanc qismət eləsin.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button