Maraqlı

Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır… – (Fotolar)

Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Bir çox dünya siyasətçiləri – prezidentlər, nazirlər ev heyvanı həvəskarı kimi tanınırlar, hətta bəzi dövlət başçıları üçün bu, bir növ vəzifə borcudur.

Məsələn, Ağ Evdə Corc Vaşinqtondan başlayaraq 200 ildən artıq bir müddətir ki, hər yeni prezident heyvan saxlayır.

Savash.org modern.az-a istinadən dünya siyasətçilərindən kimlərin ev heyvanları saxladığını diqqətinizə çatdırır.
Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
ABŞ prezidenti Barak Obamanın ən sevimli 4 ayaqlı dostu Bo ləqəbli portulaq cinsindən olan itidir. Öz şıltaqlığı ilə Ağ ev sakinlərinin sevimlisinə çevrilən Bo öz ağ-qara rəngi ilə prezident smokinqini xatırladır.
Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Respublikaçı senator Con Makkeyn mühafizəkar və sərt siyasətçi kimi məşhurdur. Amma Makkeynin ev heyvanlarına qarşı zəifliyi də məlumdur. Xüsusən ağ rəngli “Appolon” adlı buldoqu senatorun ayrılmaz dostu sayılır. Bundan başqa, pişiklər, quşlar, balıqlar və tısbağalar da Con Makkeynin evinin daimi qonaqlarıdır.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Amerikanın sabiq prezidenti Bill Klintonun isə Soks adlı pişiyi və Naddi adlı labrador-retiver cinsli iti olub. Deyilənə görə, daim bir-birilə düşmənçilik etdikləri üçün Soks və Baddi Ağ evdə ayrı-ayrı otaqlarıda yaşayırmışlar. 2002-ci ildə Baddi maşın təkərləri altında qalaraq faciəli şəkildə ölüb.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
ABŞ-ın daha bir sabiq prezidenti – oğul Corc Buş isə qara rəngli iti İndiya və skotç-teryer cinsindən olan itləri Barni və Bizli ilə yaşayır. Sabiq prezidentin dördayaqlı dostları ölkədə çox məşhurdurlar və hətta bir neçə filmdə rol da alıblar.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Daha çox sərt bəyanatları ilə diqqət çəkən Çeçenistanın dövlət başçısı Ramzan Kadırovisə pişik həvəskarıdır. Kadırov 3 pişiyi arasında Zaulya deyə çağırdığı pişiyini daha çox sevir
Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Böyük Britaniya kraliçası II Yelizaveta isə velş-korq cinsindən olan itlərə xüsusi sevgisi ilə seçilib. Son 60 ildə kraliçanın 30-dan artıq belə iti olub. Şən, lazımi anlarda isə özünü “intelegent” kimi göstərən velş-korq itləri bu keyfiyyətlərinə görə Bukinqem sarayının daimi sakinlərindən sayılıb.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Maltiya bolonkası cinsinə aid olan Sumo ləqəbli it isə Fransanın sabiq prezidenti Jak Şirakın sevimli iti idi. Lakin gözlənilməz hərəkətləri və qabalığı ilə seçilən Sumo prezidentin barmağını dişlədiyinə görə Yelisey sarayından çıxarılaraq kənd fermasına göndərilmişdi.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Rusiyanın qalmaqallı siyasətçilərindən olan Vladimir Jirinovski də heyvan həvəskarıdır. O, evində buldoq iti və pişik saxlayır.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Rusiya prezidenti Vladimir Putin it həvəskarıdır. Onun Baffi ləqəbli bolqar ovçarkası, Konni ləqəbli labradoru və Yume ləqəbli yapon iti var.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Baş nazir Dmitri Medvedev isə itlərdən çox pişiklərıə meyllidir. Xüsuən, onun Dorofey adlı mavi gözlü pişiyi Kremlin ən sevimli ev heyvanlarından sayılır.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
ABŞ-ın mərhum prezidenti Ronald Reyqan isə kavaler spinq çarlz spaniel cinsindəın olan iti ilə məşhur idi. 1985-ci ildə həyat yoldaşı Nensi Reyqana hədiyyə etdiyi it sonradan bütün Ağ evin sevimlisinə çevrilmişdi.Dövlət başçılarının heyvan sevgisi: kim nə saxlayır... - (Fotolar)
Tibetlilərin dini lideri XIV-cü Dalay Lama isə Buddizm dininin xüsusi ehtiramla yanaşdığı pişiklərə meyl edir. Onu dəfələrlə məhz bu heyvanla yaxalayıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button