Maraqlı

Keçi ilində dünyada nələr baş verib? – Statistika

Keçi ilində dünyada nələr baş verib? - StatistikaQarşıdan gələn 2015-ci il şərq təqviminə görə, göy Keçi ilidir. Qarşıdakı ildə bizi nələrin gözlədiyini hələlik bilməsək də, ötən keçi illərində nələrin baş verdiyini bilmək maraqlı olardı.

Astroloq Səbuhi Rəhimli Axar.az-a keçi ili ərzində baş verən hadisələr barədə biliklərini təqdim edir:

Astrologiyada keçi əsasən incəsənətin himayədarı kimi səciyyələndirilir. Buna baxmayaraq, tədqiq etdiyimiz tarixi hadisələr arasında bu sahəyə aid bir faktla da üzləşmədik.

Keçi ilində

Osmanlılar Krımı fəth edib (1475);

Krım türkləri Moskvanı fəth edib (1571);

Vezuvi vulkanının püskürməsi nəticəsində 4 min nəfər həlak olub (1631);

Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib (1811);

Liberiya müstəqillik əldə edib (1847);

Şeyx Şamil Həcc ziyarəti zamanı vəfat edib (1871);

Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub (1883);

Radio ixtira olunub (1895);

Beynəlxalq Nobel mükafatı təsis olunub (1895);

Məşhur aktyor Hüseyn Ərəblinski öldürülüb (1919);

Qars ermənilər tərəfindən işğal olunub (1919);

İngilis qoşunları Bakını tərk edib (1919);

Azərbaycan Respublikasının banisi M.Ə.Rəsulzadə Ankarada dünyasını dəyişib (1955);

Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub (1967);

İsrail Şərqi Qüdsü işğal edib (1967);

İranda İslam İnqilabı qələbə çalıb (1979);

Sovet qoşunları Əfqanıstana daxil olub (1979);

SSRİ-nin sonrakı taleyinin həllinə yönələn ilk və sonuncu ümumittifaq referendumu keçirilib (1991);

Hindistanın baş naziri Raciv Qandi öldürülüb (1991);

Ermənilər Dağıstan ərazisində Moskva-Bakı qatarında partlayış törədib (1991);

Azərbaycanın dövlət rəsmiləri və bir sıra tanınmış şəxslər Qarabağın Qarakənd səmasında, müəmmalı vertolyot qəzasında həlak olublar (1991);

Dağlıq Qarabağın Muxtariyyət statusu ləğv olunub (1991);

Azərbaycanın Dövlət Müstəqilliyi qazanıb (1991);

Nelson Mandela Cənubi Afrikanın başçısı olub (1991);

Boris Yeltsinin fərmanı ilə Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırılıb (1991);

SSRİ-də ilk müstəqil telekanal – ANS fəaliyyətə başlayıb (1991)
– See more at: http://axar.az/news/38985#sthash.j0PHUR8N.dpuf

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button