Maraqlı

Elmlər Akademiyası: Xəzər dənizi quruya bilər

Elmlər Akademiyası: Xəzər dənizi quruya bilər
\”Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir\”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: \”Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır\”.

Xatırladaq ki, bir vaxtlar dünyanın dördüncü ən böyük gölü sayılan Aral dənizi Qazaxıstanla Özbəkistanın sərhədində yerləşir. Ötən əsrin 50-ci illərində həmin gölün sahəsi 68 min kvadrat kilometrə bərabər olub. Hazırda Aral dənizi sürətlə quruyur və ümumi sahəsi cəmi 8300 kvadrat kilometr qalıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button