Maraqlı

Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, \”mənə saxta \”mal\” satıblar\”

Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"
Polis həmin uyuşdurucu maddənin həqiqiliyinin yoxlanılması üçün şöbəyə gətirməsini təklif edib

Amerikanın Florida ştatının sakini Duqlas Piter Kellinin başına qəribə hadisə gəlib. Belə ki, o, polisə həqiqi olub-olmadığını yoxlamaq üçün narkotik gətirib və nəticəsi onun üçün yaxşı olmayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 49 yaşlı kişi polisə zəng edərək 1 həftə əvvəl satın aldığı metamfetaminin (uyuşdurucu maddə) saxta olduğundan şübhələndiyini və bu maddənin ona pis təsir etdiyini deyib. Kişi düşünüb ki, ona satılan maddə əsl metamfetamin deyil, onun saxtasıdır.

Polis həmin uyuşdurucu maddənin həqiqiliyinin yoxlanılması üçün şöbəyə gətirməsini təklif edib. Kelli maddəni polisə aparıb və yoxlama zamanı maddənin metamfetamin olduğu müəyyən edilib.

Duqlas Kelli qadağan olunmuş narkotik tərkibli maddəyə görə həbs edilib. Baş verənlər polis əməkdaşlarını xeyli güldürüb və onlar bütün arzu edənlərə narkotiklərin yoxlanılması üçün xidmət göstərə biləcəklərini açıqlayıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button