Müğənnilər saçyoldusuna çıxıblar: Spronsor davası
Nazənin məmur spronsoru onun əlindən alan gənc həmkarı ilə əlbəyaxa olub
Ölkənin söu-biznesində ər, sponsor davası davam edir. Daxil olan məlumata görə, müğənnilər arasında daha bir qalmaqal baş qaldırıb. Bu dəfə müğənni Nazənin onun sponsorunu əlindən almış gənc müğənni ilə üz-üzə gəlib.
Məlumatda deyilir ki, Nazənin bir neçə il bundan əvvəl ona sponsorluq edən şəxslə bir xeyli layihə həyata keçirib. Hətta həmin sponsor o qədər səxavətli olub ki, müğənniyə bahalı “İnfiniti” markalı maşın belə bağışlayıb. Bundan başqa, Nazənin həmin şəxsin sayəsində Sumqayıt və Bakıda ev sahibi də olub.
Lakin bir ay öncə tərəflər arasında narazılıq yaranıb. Və məlum olub ki, həmin sponsor Nazənindən əlini çəkərək, başqa bir müğənninin sponsoru olmağa başlayıb. Məmur postu tutan hımin sponsorun üz tutduğu müğənni isə gənc bir xanımdır. Bu isə şübhəsiz müğənni Nazəninin xoşuna gəlməyib. JAM.AZ-a verilən məlumata görə, həmin gənc müğənnini tapan Nazənin onunla dava edib və sponsorunu əlindən aldığına görə, onu bağışlamayacağını deyib.
Daxil olan məlumata görə, iki müğənni arasında davaya səbəb olmuş şəxs yüksək çinli məmurdur və o, aparıcı nazirliklərdən birinin regional idarəsinə rəhbərlik edir. Şəxsin adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamırıq.