Maraqlı
1 qəpiyə 2,35 milyon dollar verdilər
ABŞ-da keçirilən auksionda adının gizli qalmağını xahiş edən kolleksiyaçı 1 sent dəyərində qəpiyə 2,35 milyon dollar pul ödəyib.
Avropa.info xəbər verir ki, 1793-cü ilə aid olan mis pul ABŞ-ın ilk pul nişanlarından biri sayılır.
Qəpik “zəncir senti” adı ilə də tanınır. Belə ki, onun üzərində 13 ştatı birləşdirən zəncir halqaları əks olunub. Hər halqa ABŞ dövlətini yaradan 13 koloniyanı simvolizə edir.
Bu qəpik olduqca nadir nüsxə sayılır. Çünki tədavülə buraxıldıqdan sonra üzərindəki zəncir quldarlığı təmsil etdiyinə görə onu əklil işarəsi ilə əvəz ediblər.
Satış Florida ştatının Orlando şəhərində keçirilib.