Maraqlı

Yeni Şeyx Nəsrullah peyda olub – ölü dirildir

Yeni Şeyx Nəsrullah peyda olub - ölü dirildirBöyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin \”Ölülər\” əsərinin qəhrəmanı Şeyx Nəsrullahın prototipi varmış. Amma bir qədər Azərbaycandan uzaqda, qərbi Afrika ölkəsi olan Keniyada.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Samuel Kanundu ölüləri diriltmək məharətinə malik olduğunu bildirib. Onun bu məharətini duyan Kvala bölgəsinin tanınmış nəsli ölmüş əzizlərinin dirildilməsi üçün Samuel Kanundunu kəndə dəvət edirlər. O, öz köməkçiləri ilə birgə kəndə gəlir və kənd meydanında ölüdiriltmə mərasiminə başlayır. Gün ərzində rəqslər etməklə, min-bir oyun çıxarmaqla kənd əhalisi qarşısında tamaşa verir, amma ölü dirilmir ki, dirilmir. Tamaşadan bezən kənd əhli onu yalançılıqda günahlandırdıqda o, kəndlilərdən günbatana qədər vaxt istəyir. Amma o zaman da yetişir, ölü isə dirilmir.

Bundan sonra səbri daşan kənd əhli yalançı ölüdirildəni və onun köməkçilərini döyməyə başlayırlar. Samuel Kanundunu kəndə dəvət edən ailə onu müdafiə etmək məcburiyyətində qalır və kəndlilərə deyir ki, əzizləri banan ağacı altında basdırılmış caduya görə ölüb və buna görə onu diriltmək mümkün olmur. Bundan sonra Samuel və köməkçiləri kənddən qaçıb canlarını qurtara bilirlər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button