Maraqlı

“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama

“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlamaZaur Kamal \”5/5\” verilişinin efirində yenicə azadlığa çıxan Fədayə Laçınla telefon bağlantısı yaradıb.

Xanım ifaçı həmkarı Tacir Şahmalıoğlu ilə duet söz-söhbətinə aydınlıq gətirib:

“Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. \”Rədd cavabı\” sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin, öz işi ilə məşğul olsun. Mən elə deməmişəm”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı \”Qoca\” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button