Maraqlı

Hz.Məhəmmədin qızını canlandıran aktrisaya – 26 il həbs

Hz.Məhəmmədin qızını canlandıran aktrisaya - 26 il həbs
“Bu qəbildən olan tendensiyaların qarşısını almaq lazımdır”.

Pakistan məhkəməsi Bollivudun aktrisasını barmaqlıqlar arxasına göndərməyi qərara alıb. Səbəb isə kafirlik olub, qəzəbə ölkənin ən böyük media qrupunun sahibi də düçar olub.

Geo TV telekanalının səhər şousunda aktrisa Vina Malik öz əri ilə iştirak ediblər. Cütlük canlı yayımda rəqs ediblər, sufi musiqiçiləri isə Məhəmməd peyğəmbərin qızının toyu barədə dini mahnı ifa edirlərmiş.

Proqramın bu buraxılışını məhkəmə kafirlik əməli kimi qiymətləndirib. Geo mediaqrupun sahibi Mir Şakil-ar-Rəhman, kinoulduz Vina Malik, onun əri və proqramın aparıcısı 26 il həbs cəzası alıblar. Həm də onlar hamısı Gilgit şəhərinin antiterror məhkəməsi qarşısına çıxıblar.

Bu məhkəmə işinin dörd fiqurantına məhkəmə tərəfindən həmçinin 1,3 milyon rupi (13 min dollar) dəyərində cərimə kəsilib. Bundan başqa, məhkəmənin qərarına görə onlar əmlaklarından imtina etməli və pasportlarını təhvil verməlidirlər.

“Bu şəxslər ölkə müsəlmanlarının hisslərini təhqir ediblər. Buna yol vermək olmaz, bu qəbildən olan tendensiyaların qarşısını almaq lazımdır”, – məhkəmənin qərarında deyilib.

İclasda müttəhimlərin vəkili olmayıb. Times Of India xəbər verdiyi kimi Vina Malik və onun əri Pakistanın sərhədlərindən kənardadırlar. Məhkəmə onların həbsinə əmr versə də bunun necə yerinə yetiriləcəyi məlum deyil. Məlumdur ki, aparıcı və mediaholdinqin rəhbəri hamı qarşısında üzr istəyiblər.

Bu yaxınlarda oğlu dünyaya gələn məşhur aktrisanın məhkəməsi və televiziya işçilərinən dair sosial şəbəkələrdə müzakirələr gedib. İstifadəçilər qeyd ediblər ki, bu qəbildən olan verilişlər digər telekanalların da efirlərində yayımlanıb, buna heç kim fikir verimirdi. Və o verilişlərin sonu heç zaman məhkəmə ilə bitməyib. Bəzi blogerlər hesab edirlər ki, Pakistanın hərbi rəhbərliyi Geo Tv-yə qarşı kampaniyaya başlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button