Maraqlı
\”10 min gətir ərindən əl çəkim\” – Sevgilidən həyat yoldaşına şok təklif
Türkiyənin İzmir şəhərində 30 yaşlı Sevda, 10 illik həyat yoldaşı Burakın Whatsappda başqa bir qadınla danışdığını öyrənib. Gənc bir qadınla danışdığını etiraf edən Burak, qadının adının Nuray olduğunu bildirib. Bundan sonra Sevda, Nuraya \”Yoldaşımdan əl çək. Bizim uşaqlarımız var\” mesajını göndərib. Nurayın cavabı isə belə olub: \”Hansımızın şansı çoxdursa Burak da onundur. 10 min lirə gətir (3350 manat) Burak axşam sənin yanında olsun\”
Bu mesajdan sonra qürurunun zədələndiyini bildirən Sevda, boşanmaq üçün məhkəməyə müraciət edib. Gənc qadın həmçinin Nurayın 15 min lirə (5000 manat) ödəməsi ilə bağlı iddia qaldırıb.