Bu dildə dünya üzrə bircə nəfər danışır: DÜNYANIN ÖLMƏKDƏ OLAN DİLLƏRİ + SİYAHI
Bir neçə dil artıq yox olmaq üzrədir. Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada bəzi dillərin artıq barmaqla sayılacaq nümayəndəsi qalıb.
Ən az danışılan dillərin siyahısını təqdim edirik:
Anindilyakva dili – 2000 nəfər
Bu dil Avstraliyanın Şimali-Şərqində Qrut Eyland vilayətində yaşayan Anindilyakva tayfasının istifadə etdiyi dildir.
Şimali Qrenland dili – 1000 nəfər
Qrenlandiya adasının şimalında yaşayan kiçik xalqın istifadə etdiyi dildir.
Taos dili – 800 nəfər
Bu dildə Yeni Meksikada Puebloda yaşayan insanlar danışır.
Amahua dili – 500 nəfər
Cənubi Amerikada kiçik-kiçik qruplar şəklində yaşayan insanların istifadə etdiyi dildir.
Seneca dili – 100 nəfər
Seneca qəbiləsi Amerikadan Kanadaya gedən İrokua Qızıldərili Konfederasiyasındakı 6 millətdən biridir. Bu dil artıq yox olma təhlükəsi ilə üz-üzədir.
Bella Coola – 50 nəfər
Bu dil Kanadada yerləşən Britaniya Kolumbiyasında yaşayan cəmi 50 nəfərin danışdığı dildir.
Bom dili – 20 nəfər
Bu dil Qərbi Afrikada yerləşən 5,7 milyon əhalisi olan Syerra Leone ölkəsində cəmi 20 nəfər arasında danışılır.
Onondaqa dili – 10 kişi
Bu dil İrokua Qızıldərili Konfederasiyasının daxil olan digər qəbilə – Onondaqaların istifadə etdiyi dildir. Bir zamanlar bu qəbilə Nyu Yorkun əsas yerli əhalisi hesab edilirdi.
Abaqa dili – 5 nəfər
Nəsli tükənməkdə olan dillər siyahısına salınıb.
Mescalero-Çiricahua Apaçe – 3 nəfər
Oklahomada yaşayan 3 nəfər bu dildə danışır.
Spokane dili – 2 nəfər
Uru dili – 1 nəfər
Bir zamanlar Boliviyada məşhur olan bu dildə danışan yalnız 1 nəfər qalıb. İru-iru olaraq da tanına bu dil Uros qəbiləsinin insanlarına aid olub.