Maraqlı

“Titanik”dən sağ çıxan qadının məktubu 11 min dollara satılıb

“Titanik”dən sağ çıxan qadının məktubu 11 min dollara satılıbBostonun RR auksionunda “Titanik”in xanım sərnişinlərindən birinin məktubu satışa çıxarılıb.

Gün.Az Associated Press-ə istinadən xəbər verir ki, qəzadan sağ çıxan xanımın məktubunu adının açıqlanmasını istəməyən bir şəxs 11 min 875 dollara alıb.

1912-ci ilin mayında yazılan məktubun müəllifi Lüsil Daff-Qordondur. O varlı şəxslər üçün paltar dizayneri olub. “Titanik” qəzası zamanı Lüsil, onun əri və daha 40 nəfər balaca qayığa minərək xilas olublar.

Daff-Qordonun ərini ekipaj üzvlərinə batan gəmidən tez aralanmaq üçün pul verməkdə ittiham edirdilər. Sonradan cütlüyə edilən ittiham, onların üzərilərindən götürüldü.

“Deyəsən biz ümumiyyətlə düz hərəkət etməmişik. Məgər bu rüsvayçılıq deyil?”, Lüsil məktubundan yazıb.

Xatırladaq ki, Britaniyanın transatlantik layneri olan “Titanik” 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə aysberqlə toqquşmadan sonra batıb. Hadisə nəticəsində 1496 nəfər həlak olub. Xilas olan 712 nəfəri və “Titanik”in ekipaj üzvlərini “Karpatiya” gəmisi göyərtəsinə götürüb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button