Maraqlı
Qarnı ağrıyan rahibə uşaq doğdu
İtaliyada rahibənin dünyaya uşaq gətirməsi ölkədə böyük təəccüblə qarşılanıb.
ANS PRESS-in məlumatına görə, İtaliyanın Maçerata şəhərində şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən rahibənin uşağı olub.
Şəhər monastrına ötən ilin iyun ayında köçən rahibə hamilə olduğunu bilmədiyini deyib.
İngiltərə nəşri “Daily Mirror” qəzetinin xəbərinə görə, dünyaya gələn oğlan uşağının səhhəti normaldır.
“L`Unione Sarda” qəzeti isə dünyaya gələn körpəyə monastrda olan rahibələrin baxacağını yazıb.