Maraqlı

Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bilindi – MARAQLI

Qadınların kişilərdən niyə daha çox yaşadığının səbəbi bəlli olub.

Alimlər apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər ki, qadınların kişilərdən daha çox yaşaması onların X xromosomlarına sahib olmasıyıa bağlıdır. 

“Yeni Sabah” xarici KİV-ə istinadən bildirir ki, bu araşdırma “Biology Letters” jurnalında dərc olunub. Tədqiqat zamanı 229 heyvanın dişi və erkək növləri üzərində testlər aparılıb. Araşdırma zamanı Avstraliya alimləri Y xromosomunun orqanizmi X xromosomundakı kimi zərərli mutasiyalardan qoruyub-qoruya  bilmədiyini öyrənmək istəyiblər.

Tədqiqatın nəticəsinə görə, eyni cüt xromosomlu orqanizmlərin orta hesabla 17,6 faiz daha uzun yaşadığı ortaya çıxıb. Alimlər qadınların XX xromosomuna sahib olduqlarını və buna görə daha uzun yaşadıqlarını qeyd ediblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button