Maraqlı

Brilyant Dadaşova bacısı qızını biabır etdi: \”Elələri ilə gəzir ki…\”

Brilyant Dadaşova bacısı qızını biabır etdi: "Elələri ilə gəzir ki..."“Ona layiq olmayan insanlarla gəzir”.

Xalq artisti Brilyant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib.

Savash.org xəbər verir ki, Lent.az-ın məlumatına görə, “5/5” verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir.

Belə ki, S.Dadaşova verilişə gələn zaman “Gəlib verilişə çatdım”, – deməsinə peşman olub.

B.Dadaşova mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib:

“Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edir. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da 100 dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə, sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burda ayıb heç nə yoxdur. Sadəcə bu, insanın səhhətinə ziyandır. Bir sözlə biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button