Maraqlı

İnternetdən dua sifarişi

İnternetdən dua sifarişi
Hindistanda hindular dua oxutdurmaq üçün məbədə uzun səfər etməkdən yayınmağın yolunu tapıblar. Onlar dua mərasimini internet vastisəilə sifariş etməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, Hindistanda indi bir sıra dini vebsaytlar məsafədən dua oxunmasını, xeyir-dua verilməsi kimi xidmətlər təklif edir. Bu xidmətin qiyməti 500 rupidən (6.30 AZN) başlayaraq 2,000 rupiyə çata bilər.

Hindu dindarlar \”puja\” adlanan dua oxunma mərasimi də daxil ənənəvi dini ritualları, o cümlədən, sonsuzluqdan tutmuş iş tapılması üçün oxunan dualaradək ənənəvi dini mərasimləri internet vasitəsilə sifariş edə bilirlər.

İstifadəçilərdən həmin vebsaytlar yalnız şəxsi məlumatları, təklif olunan siyahıdan müəyyən məbədin seçilməsini və internet vasitəsilə ödənişin göndərilməsini tələb edir.
Bunun əvəzində onlar \”pujanın\” ev şəraitində həyata keçirilməsi üçün lazım olan hər şeyi, o cümlədən, dua yazılmış DVD, qurudulmuş gül ləpələri və digər ləvazimatları bağlma şəklində sifarişçiyə göndərirlər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button