Maraqlı

Əkiz bacılardan növbəti biabırçılıq: “Balakən Naxçıvanda yerləşir”

Əkiz bacılardan növbəti biabırçılıq: “Balakən Naxçıvanda yerləşir”Xəzər TV-də yayımlanan \”Hər şey daxil\” verilişində növbəti dəfə anlaşılmazlıq yaranıb.

Aparıcılar Sevil və Sevinc bacıları verilişdə qonaq olan gənc müğənni Tural Everestdən Azərbaycanın hansı bölgəsindən olduğunu soruşublar. Müğənni isə cavabında Balakən rayonundan olduğunu deyiblər. Rayonun adını eşidən aparıcılar Balakənin harada yerləşdiyini bilməyiblər. Digər aparıcı isə cavabında Balakənin Naxçıvanda olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Onu da qeyd edək ki, bu aparıcıların canlı efirdə ilk səhvi deyil. Onlar bundan öncə canlı yayımda Azərbaycan manatını cırmışdılar. (azxeber.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button