Maraqlı

Sovet liderinin BMT rüsvayçılığı: ayaqqabısını çıxartdı və…

Sovet liderinin BMT rüsvayçılığı: ayaqqabısını çıxartdı və...Sovet liderləri mütamadi olaraq qəribə davranışları ilə dünya mediasının diqqətlərini özlərinə cəlb ediblər. Bunlar arasında ən məşhur olan və beynəlxalq qalmaqala səbəb olan isə şübhəsiz ki, Xruşşovun Birləşmiş Millətlər Təşkilatının toplantısında etdiyi qeyri etik hərəkətdir.

Savash.org həmin tarixi və qalmaqallı olayın təfərrüatlarını təqdim edir.

Xruşşov heç bir ölçüyə və etikaya sığmayan hərəkətləri ilə dünya ictimaiyyətində heyrət və təəccüb doğururdu. Onun bir hərəkəti isə həmişəlik BMT tarixinə düşüb. Qərb ölkələrindən birinin nümayəndəsinin çıxışından narazı qalan Xruşşov ayaqqabısını çıxararaq var gücüylə tribunanı döyəcləməyə başlamışdı. Baş Assambleyanın sədri heç nə anlamadan, heyrət dolu baxışlarla Xruşşovu süzərək iclası yarımçıq kəsməyə məcbur olmuşdu.

Ümumi çaşqınlıq içərisində yalnız Makmillan özünü itirməmiş və ucadan, ingilislərə xas incə yumorla demişdir: “Cənab Xruşşov, mən bunu başa düşmədin, xahiş edirəm, bunu bizim üçün tərcümə edin”.

Məlumat üçün bildirək ki, daha sonra Xruşşovun bu qeyri-etik hərəkətinə görə Sovet nümayəndə heyəti 10 min dollar məbləğində cərimə edilmişdi.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button