Fahişəlik edən məmur arvadları tutuldular – VİDEO
Rusiyanın paytaxtı Moskvanın Baş Daxili İşlər İdarəsinin 22-ci bölməsinin əməkdaşlarının keçirdikləri reyd zamanı ərli qadınların vucudlarını satışa çıxardlıqları əxlaqsızlıq yuvası aşkarlanıb.
Milli.Az LifeNews-a istinadən bildirir ki, priton Moskvanın Sadovaya-Samoteçnaya küçəsində yerləşirdi. Bu əxlaqsızlıq yuvasını başqa \”analoji məkan\”lardan fərqləndirən cəhət orada \”çalışan\”ların hamısının ərli qadınlar olmasıydı.
Reyd zamanı 7-otaqlı mənzildə 3 qadın vardı. Ümumiyyətlə isə, əxlaqsızlıq yuvasında 10 qadın işləyib.
\”Bu əxlaqsızlıq yuvasının xüsusiyyəti orada \”işləyən\”lərin hamısının yaxşı ailələrə malik ərdi qadınlar olmalarıydı. Fahişəliklə məşğul olan bu qadınların əksəriyyətinin ərləri dövlət qurumlarında çalışan məmurlardır. Həmin qadınlar hər həftə tibbi müayinədən keçirdilər. Əxlaqsızlıq yuvasını idarə edən qadın onların səhhətinə ciddi fikir verirdi\”, – Moskva şəhər Cinayət-Axtarış İdarəsinin mətbuat xidmətinin əməkdaşı Marqarita Maslova söyləyib.