Maraqlı

Azərbaycanda doğulan körpə heyrətlərə səbəb oldu: gözləri yoxdu – VİDEO

Azərbaycanda doğulan körpə heyrətlərə səbəb oldu: gözləri yoxdu - VİDEOŞabranda dünyaya gələn körpə görənləri heyrətə gətirir. Çünki, onun anadangəlmə gözləri yoxdu. Həkimlər də belə halla ilk dəfə rastlaşdıqlarını bildiriblər.

1 aylıq körpə hər kəsi heyrətə gətirir. Çünki onun gözləri yoxdur. Şabran sakini olan Aytac Qafarova yeni ilin ilk günü normal doğuş həyata keçirib və qız uşağı dünyaya gətirib. Lakin, bu sevinc uzun sürməyib. Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb.

Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Həkimlər də bu cür halla ilk dəfədir qarşılaşdıqlarını deyirlər.

Bundan sonra ailə bir müddət gözləyib. Lakin heç bir dəyişiklik olmadığı üçün körpəni yenidən müayinə etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. Uşağa orada da eyni diaqnoz qoyulub.

Fatimə adı verilən körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır. Qeyd edək ki,körpənin valideynləri olan Elçin Qafarovla Aytac Qafarova xala uşaqlarıdır. (xezerxeber)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button