Cərimə meydançasında 11 ildir sahibini gözləyən maşınlar var – VİDEO
Dövlət yol polisinə məxsus cərimə meydançalarında saxlanılan avtomobillərin sayı sürətlə artır. Buna səbəb bir çox avtomobil sahibinin maşınının arxasınca uzun illər gəlməməsidir. Bəs görəsən, belə avtomobillərin taleyi necə olur?
6, 8 hətta 11 ildir ki, cərimə meydançasında saxlanılan avtomobillər var. Maraqlısı da budur ki belə maşınların sayı durmadan artır. İndi demək olar ki, payaxtdakı əksər cərimə meydançalarında belə avtomobilləri görmək mümkündür.
Nəzarətçilərin bildirdiyinə görə meydançada elə avtomobillər var ki, hətda 10-11 ildir bura qoyulmasına baxmıyaraq sahibləri gəlib çıxmır. Nəzarətçilər onu da əlavə edir ki, əsasən qəzada içində ölüm olan avtomobillərin sahibləri tapılmır.
Bir çox insan belə avtomobillərdə yaxınları öldüyünə görə həmin maşınları görmək istəmir. Mütəxəssislərin fikrinə görə qanunda olan boşluqlar səbəbi ilə belə avtomobillərin saxlanma xərci məhz dövlət tərəfindən ödənilir. Həmdə belə avtomobillər cərimə meydançalarında əlavə yer tutur.
Hal hazırda avtomobilini uzun illər cərimə meydançasında saxlıyan şəxsə polis sadəcə xəbərdarlıq edə bilir.Ancaq avtomobilləşmənin daha uzun tarixi olan öləkələrdə bununla bağlı qanunvericilik mövcuddur.