Maraqlı
Rusiyalı həkim: Dənizdə koronavirusa yoluxmaq mümkün deyil

Duzlu su və ultrabənövşəyi radiasiya lipid qabığına dağıdıcı təsir etdiyindən koronavirus dənizdə çimərkən təhlükəli deyil.
Savash.org bildirir ki, bu fikri Rusiyanın “Tibb lideri” Mərkəzinin baş həkimi, həkim-pediatr, infeksionist, vaksinoloq Yevgeni Timakov birinci kanalda yayımlanan “Vremya pokajet” proqramında səsləndirib.
“Duzlu su virusun lipid qabığını məhv edir və ultrabənövşəyi radiasiya bu virusu inaktivləşdirir. Yəni çimərlikdə və dənizdə bu virus təhlükəli deyil”,-deyə həkim vurğulayıb.