Maraqlı

Canlı efirdə milçəklə mübarizə (VİDEO)

Canlı efirdə milçəklə mübarizə (VİDEO)
Türkiyənin tanınmış jurnalist-aparıcısı Cüneyt Özdemir canlı efir vaxtı çətin anlar yaşayıb.

ANS PRESS-in məlumatına görə, hadisə kanal “D”də xəbərlərin əsas buraxılışında baş verib.

Xəbərləri oxuduğu zaman aparıcının üzünə qonmağa çalışan milçək onu çıxılmaz vəziyyətdə qoyub.

Özdemir sonda, milçək izn versə davam edəcəyəm – deyib və xəbərləri oxumağa davam edib.

Bu vaxt efirdə xəbərlə bağlı kadrların nümayişi olub və studiyaya qayıdıldığı vaxt Cüneyt Özdemir milçəklə mübarizənin qalibi olduğunu elan edib.

Aparıcı həmçinin zarafata salaraq bu milçəyin rəqib kanaldan göndərildiyini deyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button