Maraqlı

Anasının yanına gələn kişilərlə cinsi əlaqəyə sövq edilən 15 yaşlı qız – VİDEO

Anasının yanına gələn kişilərlə cinsi əlaqəyə sövq edilən 15 yaşlı qız - VİDEODİN araşdırmaya başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə yerləşdirilmiş 14 yaşlı uşaqla bağlı tədbirlər həyata keçirməyə başlayıb.

Savash.org xəbər verir ki, bu barədə virtualaz.org saytına birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şöbənin əməkdaşları Arif Məmmədovla (ad şərtidir-red.) görüşüblər. Bir müddət küçədə yaşayan uşaq valideynləri haqqında məlumat verib. DİN əməkdaşları Arifin azyaşlı bacısının əxlaqsızlığa cəlb edilməsi ilə bağlı məlumatı da araşdıracaq.

Qeyd edək ki, 14 yaşlı yeniyetmə ilə bağlı yazı virtualaz.org saytında dərc olunub. Arif Məmmədov saytın əməkdaşlarına valideynlərinin ayrıldığını, anasının əxlaqsızlıq etdiyini, 15 yaşlı bacısının da anası tərəfindən əxlaqsızlığa sövq edildiyini bildirmişdi.

Yeniyetmə bir müddət metronun “Koroğlu” stansiyasında dilənçilik edib, oğurluqla məşğul olan uşaqlara qoşulub.

Onun anası və bacısı ilə bağlı dedikləri təsdiqlənərsə, valideynləri məsuliyyətə cəlb olunacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button