Maraqlı

Bu videoya baxan siqaret çəkməz (VİDEO)

Bu videoya baxan siqaret çəkməz (VİDEO)
Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə, hazırda dünyada 1.2 milyard insan siqaret çəkir.

ANS PRESS-in məlumatına görə, siqaretin ən ağır zərəri ağciyərlərə vurduğu zərbədir. Belə ki, agciyər xərçəngindən əziyyət çəkənlərin 80%-i siqaret istifadəçiləridir. Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyər xərçəngi başda olmaqla, tənəffüs sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə yol açır.

Bunlar bildiyimiz faktlardır. Rusiyanın “Mirovıye faktı” portalının yaydığı videoda isə məsələ daha dərindən araşdırılıb və şok faktlar ortaya çıxıb. İddiaya əsasən bizim çəkdiyimiz siqaretin tərkibində tütün ümumiyyətlə ən az rast gəlinə biləcək tərkib hissəsidir. Lakin çoxlu kimyəvi əlavələr bolluq təşkil edir. Siqaretdə o qədər kimyəvi əlavələr var ki, insanları qorxutmamaq üçün onların hamısını bir sözdə birləşdiriblər…QƏTRAN. Onlarla kimyəvi əlavə və inqridientlər bircə bu sözlə əvəz olunur.

Barəsində çoxdan danışıldığı lakin bu videoda da irəli sürülən təəcübləndirici iddialardan biri isə, siqaretdə nikotinin beyinə tez çatması və insanın öyrəşməsi üçün tütünü inək sidiyində isladılmasıdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button