Maraqlı

Koronavirus peyvəndi 28 yaşlı könüllü həkimi öldürdü

Oxford Universitetində koronavirusa qarşı hazırlanan peyvənd namizədinin Braziliyada keçirilən sınaqlarında iştirak edən könüllü həkim ölüb.

Bu barədə Braziliya Sağlamlığa Nəzarət Agentliyi məlumat yayıb. Bildirilib ki, Oxford Vaccine Group və Jenner İnstitutu ilə əməkdaşlıqda hazırlanan və İngilis-İsveç əczaçılıq şirkəti AstraZena tərəfindən satın alınan “ChAdOx1 nCoV-19” adlı peyvənd namizədinin Braziliyadakı sınaqlarında iştirak edən 28 yaşlı könüllü, həkim João Pedro Feitosa vəfat edib.

Lent.az -ın yazdığına görə, peyvəndi hazırlayan inistitut həkimin ölüm səbəbəbinin hələ aydın olmadığını, araşdırmaların aparıldığını və “ChAdOx1 nCoV-19” adlı peyvəndin sınaqlarının davam edəcəyini açıqlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists