Maraqlı

“Qafqaz ləhcəsilə danışan şəxslər…” – Rusiyalı aparıcı peyğəmbərin karikaturasına görə hədələnir?

Rusiyalı teleaparıcı, jurnalist və siyasətçi Kseniya Sobçak İslam peyğəmbərinə çəkilmiş və müsəlmanların kəskin etirazlarına səbəb olmuş karikaturaları söz azadlığının ifadəsi adlandıran Fransa prezidentini öz qəhrəmanı adlandırıb.

Hüquq və azadlıqların qızğın müdafiəçisi müsəlmanların Məhəmməd peyğəmbərə çəkilmiş karikaturalara etirazını orta əsr insanlarının “dəyərlərə təcavüz” anlayışı adlandırıb.

Qeyd edək ki, ölümü İslam nümayəndələrinin qisası kimi təqdim edilən, Makronun müəllimi olmuş Samuel Petinin dəfn mərasimində Fransa dövlətinin başçısı bəyan edib ki, Fransa sözügedən karikaturaların dərcindən imtina etməyəcək, çünki bu söz azadlığının ifadəsidir.

Xanım jurnalist özünün instaqram akkauntunda yazıb ki, dünyadakı dinlər insanların azadlığını əllərindən almağa çalışır.

“Yəni başqalarının dəyərlərini qəbul etməmək onlara təcavüz etməkdir? Peyğəmbərin rəsmlərinə baxmaq istəmirsinizsə, baxmayın. Azadlıq həmin rəsmləri nümayiş etdirən sinfi tərk etməkdədir. Nitsa çimərliyində çadralı, niqablı oturmaq istəyirsiniz, oturun, bu sizin haqqınızdır. Mənim haqqım isə bikinidə gəzməkdir”,- deyə Sobçak, öz mikrobloqunda bildirib.

Televiziya aparıcısı nədənsə xoşu gəlməyən insanlara sadəcə hessiyyatlarını təhqir edən nəsnələrə baxmamağı məsləhət görüb. Sobçak bəyan edib ki, əgər insanlar peyğəmbərlə bağlı zarafat etməkdən qorxursa, demək cəmiyyət artıq azadlıqdan məhrum edilib. Sobçak əmindir ki, fanatlar hamını onlarla eyni düşüncədə olmayan adamların başını kəsə biləcəklərinə inandırmağı bacarıblar.

Sobçakın sözlərinə görə, müasir yarımüsəlman Fransada bu mövzuda fikir bildirməkdən çəkinməyən Makron, bu hərəkəti ilə onun hörmətini qazanıb.

Xanım jurnalist həmçinin əlavə edib ki, Qafqaz ləhcəsi ilə danışan şəxslərdən onun telefonuna təhdid dolu zənglər daxil olur.

“Elə bunu sübut etmək tələb olunurdu”,– deyə Sobçak fikrini tamamlayıb.

Xatırladaq ki, daha əvvəl Çeçenistan prezidenti Ramzan Kadırov Makronun məlum bəyanatını insanları terrora vadar etmək kimi qiymətləndirmişdi.

Tərcümə etdi: Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists