Maraqlı

Elman Rüstəmovun qızının çantası fantastik qiymətə satıldı- (Fotolar)

Elman Rüstəmovun qızının çantası fantastik qiymətə satıldı- (Fotolar)Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın dizayn etdiyi çanta Londonda hərraca çıxarılıb.

“Qafqazinfo”nun xəbərinə görə, adı açıqlanmayan alıcı çanta üçün nə az, nə çox 10 min 200 avro ödəyib.

Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın “33 by Gyunel” aksessuar kolleksiyasına daxildir.

Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın “Uşaqların xoşbəxt gələcəyi” ictimai birliyinin hesabına köçürüləcək.

Qeyd edək ki, Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailə qurub.
Elman Rüstəmovun qızının çantası fantastik qiymətə satıldı- (Fotolar)
Elman Rüstəmovun qızının çantası fantastik qiymətə satıldı- (Fotolar)
Elman Rüstəmovun qızının çantası fantastik qiymətə satıldı- (Fotolar)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button